Azərbaycanın gənc gimnastları Kalininqradda keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komandanın hesabına birinci medalı ikinci yeri tutan, Bakı Gimnastika Məktəbinin səkkiz yaşlı yetirməsi Vəfa Həsənzadə yazdırıb. O, yarış təşkilatçılarını o qədər heyrətləndirib ki, hətta onu turnirin "Miss Qrasiyası" adına layiq görüblər.
İki bürünc mükafatı isə İlahə Məmmədova (2001-ci il təvəllüdlü) və 12 yaşlı Nülufər Niftəliyeva qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB