Futbol üzrə Türkiyə Superliqasının 8-ci turunun mərkəzi görüşündə turnir cədvəlində son sıralarda qərarlaşan “Fənərbağça” öz meydanında üçüncü pillədəki “Başakşehir”lə qarşılaşıb. Gərgin keçən matçda hesab açılmayıb. Baş hakim Ali Palabıyık matçda komandaların futbolçularına, ümumilikdə, 9 sarı vərəqə göstərib.
Beləliklə, son 3 oyunda qələbə qazana bilməyən “Fənərbağça” ev oyununda vacib xallar itirib. Qonaq komanda isə xallarının sayını 15-ə çatdırıb və eyni xala malik “Kasımpaşa”nı top fərqinə görə qabaqlayaraq ikinci sıraya yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB