Arsenal” “Fülhem”i darmadağın etdi

Arsenal” “Fülhem”i darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci turda maraqlı qarşılaşma keçirilib. Belə ki, London “Arsenal”ı səfərdə “Fülhem”lə qarşılaşıb. Görüş London klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

“Fülhem” – “Arsenal” – 1:5

Qollar: Lakazett, 29 (0:1), Şürle, 44 (1:1), Lakazett, 49 (1:2), Remzi, 67 (1:3), Obameyanq, 79 (1:4), 90+1 (1:5)

Bu, “Arsenal”ın Premyer Liqada cari mövsüm ardıcıl 6-cı qələbəsidir.

Qeyd edək ki, 18 xalla 3-cü pillədə qərarlaşan “topçular”ı lider “Mançestter Siti”dən 1 xal ayırır.

Bütün xəbərlər Facebook səhifəmizdə