"Mançester Yunayted" "Nyukasl"ı məğlub edib

"Mançester Yunayted" "Nyukasl"ı məğlub edib

"Mançester Yunayted" futbol üzrə İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb. "qırmızı şeytanlar" 8-ci turda "Nyukasl"ı qəbul edib. Onsuz da İngiltərə çempionatında ağır günlər keirən Mançester təmsilçisi üçün bu qarşılaşma çox vacib əhəmiyyət daşıyırdı. Joze Mourinyonun komandası ilk 10 dəqiqədə 0:2 hesabı ilə geridə düşdüyü matçda əzmkar qələbə qazanıb - 3:2.

"Mançester Yunayted" - "Nyukasl" - 3:2
Qollar: Kenedi, 7 (0:1), Muto, 10 (0:2), Mata, 70 (1:2), Martial, 76 (2:2), Sançes, 90 (3:2)

Bu qələbə ilə xalını 13-ə yüksəldən "MY" 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə