"Yuventus" "Udineze" üzərində qələbə qazanıb

"Yuventus" "Udineze" üzərində qələbə qazanıb

Turinin "Yuventus" klubu futbol üzrə İtaliya çempionatının 8-ci turunda səfərdə "Udineze" üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Qarşılaşma Udine şəhərinin "Friuli" stadionunda baş tutub.

Hər iki qol birinci hissədə vurulub. Matçın 33-cü dəqiqəsində Rodriqo Bentankur, 37-ci dəqiqəsində isə Kriştianu Ronaldu fərqlənib. Bu qələbə "Yuventus"un A Seriyasında ardıcıl 8-ci qələbəsi olub.

Bundan əlavə, "Yuventus" mövsümün startında ardıcıl 10 qələbə qazanmaqla (A Seriyasında 8, Çempionlar Liqasında 2 qələbə) yeni klub rekordu müəyyən edib.

İtaliya A Seriyası, 8-ci tur

"Udineze" – "Yuventus" - 0:2

Qollar: 0:1 – Bentankur – 33, 0:2 – Ronaldu – 37

Bütün xəbərlər Facebook səhifəmizdə