Pavel Paşayev Rusiya klubunda növbəti oyununu keçirib

Pavel Paşayev Rusiya klubunda növbəti oyununu keçirib

Milli komandamızın üzvü Pavel Paşayev “Aleksandriya”nın heyətində növbəti oyununu keçirib. Qol.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi Ukrayna Premyer Liqasının 11-ci turunun "Çernomorets"lə ev oyununda 90 dəqiqə meydanda olub. O, 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüşdə "Aleksandriya" 3:2 hesabı ilə qalib gəlib.

"Aleksandriya" - "Çernomorets" - 3:2
Qollar: Hraçov, 18 (0:1), Kovalets, 44 (1:1), Şastal, 56 (2:1), Banada, 70 (3:1), Tatarkov, 80 (3:2)

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 22-yə yüksəldən “Aleksandriya” 3-cü pillədəki yerini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com