"Artıq bu il yarışlarımız başa çatıb. Ötən il komandamız üçün uğurlu olub". Bu sözləri SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mübariz İbrahimov deyib. Onun sözlərinə görə, idmançılarımız başa vurmaq üzrə olduğumuz ildə Dünya və Avropa Çempionatlarında yüksək səviyyədə çıxış ediblər. Baş məşqçi qeyd edib ki, komanda yeniyetmələr, gənclər və kişilər arasında Dünya və Avropa Kubokunda 23 medal qazanıb. M.İbrahimov vurğulayıb ki, ilin ən yaxşı nəticəsi isə 52 kq çəki dərəcəsində Elçin Mayılovun dünya çempionu olmasıdır.
O, yeni ildə fevralın sonunda isə Dünya Kubokunun mərhələ yarışlarına qatılmağı düşündüklərini önə çəkib: "Bu yarış Qazaxstanda olacaq. Fevral ayının 10-15-də yeniyetmələr və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək. Elə həmin ay həm də kişilər arasında Azərbaycan çempionatı təşkil olunacaq. Mart ayında Moskvada beynəlxalq turnirdə iştirak edəcəyik. Belə yarışlarımız çoxdur".
Baş məşqçi hazırda yığma komandanın üzvlərinin şəxsi məşqçilərinin nəzarəti altında oluğunu, məşq proseslərinin davam etdiyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB