AFFA yenə klubları cəzalandırıb

AFFA yenə klubları cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, İntizam Komitəsinin iclasında bir neçə klubun cəzalandırılması ilə bağlı qərarlar qəbul edilib.

Belə ki, 11 dekabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının XVII turunun "Muğan" – MOİK matçının 90+3-cü dəqiqəsində MOİK klubunun 15 №-li futbolçusu Elçin Həşimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

11 dekabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının XVII turunun "Xəzər Lənkəran" – "Gəncə" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).

11 dekabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının XVII turunun "Neftçi" – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).

11 dekabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının XVII turunun "İnter" – AZAL matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).

10 dekabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun "Muğan" – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40). Oyunun 77-ci dəqiqəsində MOİK klubunun 19 №-li futbolçusu Ramid Nəsirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 37.1).

07 dekabr 2010-cu il tarixində Azercell U-17 Liqasının "Neftçi"İSM – ROİL matçının 81-ci dəqiqəsində ROİL klubunun 3 №-li futbolçusu Nihad Əmirli hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

08 dekabr 2010-cu il tarixində Kapital Bank U -15 Liqasının "Bakı" – "Simurq" matçında "Simurq" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

08 dekabr 2010-cu il tarixində Kapital Bank U -15 Liqasının "MKT Araz" – "Gəncə" matçının ikinci hissəsində təcili tibbi yardım maşını olmadığı üçün "MKT Araz" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63).

04 dekabr 2010-cu il tarixində U -14 Liqasının UGİM (Tərtər) – "Naftalan" matçında "Naftalan" klubunun baş məşqçisi Nazim Rüstəmov futbolçularına qarşı təhqiredici hərəkət etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır (maddə 42.4).

05 dekabr 2010-cu il tarixində Futzal üzrə Azərbaycan çempionatının "Araz" – "Tərtər" matçında "Tərtər" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir, klub 250 (iki yüz əlli) manat cərimə olunur (maddə 57).

11 dekabr 2010-cu il tarixində Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Turan" – "Sədərək" matçının 49-cu dəqiqəsində "Turan" klubunun 10 №-li futbolçusu Fərrux Novruzov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanlr (maddə 42.3).

Bütün xəbərlər Facebook səhifəmizdə