Bikə Abdullayeva: "Azərbaycan çempionatı FİG tərəfindən beynəlxalq turnir kimi təsdiq olunub" - AÇIQLAMA
"Aerobika gimnastikası son beş ildir ölkəmizdə inkişaf etdirilir. Buna baxmayaraq həm ötən il, həm də bu il aerobika üzrə Azərbaycan çempionatı açıq elan olunub". SİA-nın məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva deyib.
O qeyd edib ki, bu gün start verilən növbəti Azərbaycan çempionatında bir çox ölkələri təmsil edən gimnastlar iştirak edirlər: "Bu il yarışa Bolqarıstan, Qazaxıstan, Rusiya və Ukraynadan gimnastlar qatılıblar. Azərbaycan çempionatı Beynəlxalq Gimnastika Federasiyası (FİG) tərəfindən beynəlxalq turnir kimi təsdiq olunub. Bu da o deməkdir ki, Azərbaycanda aerobika gimnastikası üzrə ilk dəfədir beynəlxalq turnir təşkil olunur.
“Yarışa ən çox gimnast Rusiyadan qatılıb. Belə ki, 100-dən artıq rusiyalı gimnast Milli Gimnastika Arenasında çıxış edir. Yarışda ümumilikdə 200-dən artıq gimnast medallar uğrunda mübarizə aparır”.
Noyabrın 17-18-də Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarının təşkil olunacağını bildirən B.Abdullayeva dekabrda isə Milli Gimnastika Arenasında yerli yarışların keçiriləcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB