Aerobika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib
Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib. SİA-nın məlumatına görə, idmanın bu növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, çempionat açıq elan olunub və Beynəlxalq Gimnastika Federasiyası tərəfində n beynəlxalq yarış kimi təsdiqlənib. Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla da bölüşürlər. Ötən il olduğu kimi, bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatılması turnirdə rəqabəti daha da artırıb.
İki gün davam edəcək yarışda 200-ə yaxın gimnast iştirak edir. “Ocaq Sport” və “AyUlduz” klublarının təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB