Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turundan sonra UEFA-nın saytı məlumat yayaraq, "Atletiko"nun futbolçusu Antuan Qrizmannın Çempionlar Liqasının tarixinə düşdüyünü bildirmişdi. Qeyd edilirmişdi ki, fransız futbolçunun "Brügge"yə vurduğu qol, ÇL tarixinin 8000-ci qolu olub.
SİA-nın məlumatına görə, aparılan araşdırmalardan sonra məlum olub ki, yanlışlığa yol verilib. UEFA-nın məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, 8000-ci qolu "Tottenhem"in futbolçusu Erik Lamela vurub.
UEFA yanlışlığa görə üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB