“Zirə”nin futbolçusu İlkin Qırtımov Topaz Premyer Liqasının 8-ci turunda “Keşlə” ilə keçiriləcək görüşü buraxacaq. SİA-nın məlumatına görə, komandanın əsas heyət üzvü olan müdafiəçi ötən gün “Qəbələ” ilə keçirilən görüşdə mövsümdə 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
İ.Qırtımov daha əvvəl “Sabah”, “Neftçi” və “Sumqayıt”la oyunlarda sarı vərəqə ilə cəzalandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB