Futbol üzrə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” komandasına yeni baş məşqçi təyin olunub. Rusiya klubunun rəsmi saytında yer alan məlumata görə, Samara təmsilçisi Miodraq Bojoviçə həvalə olunub. 50 yaşlı serbiyalı mütəxəssis bu postda uğursuz nəticələr səbəbi ilə komandanı tərk edən Andrey Tixonovu əvəzləyib.
Qeyd edək ki, “Krılya Sovetov” Rusiya Premyer Liqasında 9 turdan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb. Şeydayev bu ilin yayında Samara komandasına keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB