"Bavariya"da baş məşqçi Niko Kovaça qarşı narazılıq başlayıb. "Sport Bild"in məlumatına görə, Münhen klubunun futbolçularını Kovaçın məşq metodu qane etmir. Məşqlərin birindən sonra Xames Rodriges komanda yoldaşlarına bunu söyləyib: "Bura onun üçün Frankfurt deyil".
Bundan başqa, futbolçular Niko Kovaçın yardımçıları ilə xorvat dilində danışmasından, heyətdə rotasiyalardan da narazıdılar. Onların fikrincə, uğurlu oyundan sonra ehtiyatda oturmaq düzgün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB