Bolqarıstan millisinin sabiq üzvü Azərbaycana gəlir?

Bolqarıstan millisinin sabiq üzvü Azərbaycana gəlir?

Futbol üzrə Bolqarıstan millisinin sabiq üzvü Valeri Bojinov karyerasını ölkəmizdə davam etdirə bilər. “Sportlive.bg” saytının yazdığına görə, hazırda “Botev” klubunda çıxış edən 32 yaşlı futbolçunun yenidən legioner həyatı yaşamaq istədiyi iddia olunur. Təcrübəli oyuçunun Azərbaycan, Rusiya və Qazaxıstandan təklif aldığı bildirilir. Bojinov əvvəlki açıqlamalarında gələn ilin yayına kimi hazırkı klubumda qalmaq istədiyini bildirsə də, gələn təkliflərdən sonra fikrini dəyişə biləcəyi gözlənilir.

Xatırladaq ki, futbolçu hələ ötən il "Partizan"da çıxış edərkən "Qəbələ"dən təklif aldığını bildirmişdi. Həmin vaxt Serbiya klubunun yüksək məbləğdə transfer haqqı tələb etməsi keçidin gerçəkləşməsinə mane olmuşdu.

Qeyd edək ki, Bojinov bundan əvvəl “Parma”, “Fiorentina”, “Yuventus”, “Mançester Siti”, “Sportinq”, “Verona” və “Levski” kimi klubların formasını geyinib. Bolqarıstan millisinin heyətində 43 oyun keçirən hücumçu 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə