Ukraynalı məşqçi: “Qarabağ”la oyuna ciddi yanaşırıq

Ukraynalı məşqçi: “Qarabağ”la oyuna ciddi yanaşırıq

“Qarabağ”la oyuna ciddi yanaşırıq. Onlar asan məğlub ediləcək rəqib deyil”. Bu sözləri Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Sportinq”lə keçirilən görüşdən sonra mətbuat konfransında deyib. O, növbəti rəqibləri olan Ağdam təmsilçisi haqda xoş sözlər söyləyib: “Qarabağ” böyük komandadır, amma biz də oyuna hazır olub, mübarizə aparacağıq. Qələbə qazanmaq istəyirik. İnanıram ki, düşdüyümüz vəziyyətdən çıxacağıq”.

Qeyd edək ki, “Qarabağ" və "Vorskla" arasında ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə