“Neftçi”nin baş məşqçisi Roberto Bordinlə AFFA-nın qonağı olan italiyalı idman jurnalisti Emanuele Culianelli arasında görüş keçirilib. SİA-nın məlumatyına görə, “ağ-qaralar”ın inzibati binasında baş tutan görüşdə italiyalı mütəxəssis həmyerlisini maraqlandıran sualları cavablandırıb. Sonda Bordin “Neftçi”yə uğurlar arzulayan jurnalistlə xatirə şəkli çəkdirib.
"Corriere della Sera” və "La Gazzetta dello Sport” kimi İtaliya qəzetlərində çalışmış Emanuele Culianelli bir neçə kitabın müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB