Azərbaycan Həndbol Federasiyasının hakimləri Türkiyəyə yollanıblar

Azərbaycan Həndbol Federasiyasının hakimləri Türkiyəyə yollanıblar

Azərbaycan Həndbol Federasiyasının hakimləri kişilər arasında keçirilən “Challenge Cup” yarışlarına təyinat alıblar. SİA-nın məlumatına görə, federasiyadan bildiriblər ki, beynəlxalq dərəcəli hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları “Selka” (Türkiyə) -“OIF Arendal” (Norveç) oyununu idarə edəcəklər.

Qarşılaşma oktyabrın 6-da Eskişehir şəhərindəki “Porsuk” idman salonunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə