Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək ənənvi "Birlik Kuboku"nun püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, püşkatmada Azərbaycan çempionu "İnter"in də rəqibləri müəyyənləşib.
Komandamız A qrupunda yer alıb və növbəti mərhələyə çıxmaq üçün Moldovanın "İskra-Stal", Tacikistanın "İstiqlal" və Qırğızıstanın "Neftçi" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Birlik Kuboku"na gələn il yanvarın 14-də start veriləcək. Turnir yanvarın 23-də başa çatacaq.
A qrupu: "İnter" (Bakı, Azərbaycan), "İskra-Stal" (Rıbnitsa, Moldova), "İstiqlal" (Düşənbə, Tacikistan), "Neftçi" (Koçkor-Ata, Qırğızıstan).
B qrupu: "Tobol" (Kustanay, Qazaxıstan), "Skonto" (Riqa, Latviya), "Mika" (İrəvan, Ermənistan), "Bunedkor" (Daşkənd, Özbəkistan).
C qrupu: "Zenit" (Sankt-Peterburq, Rusiya), "Nebitçi" (Balkanabad, Türkmənistan), "Şaxtyor" (Soliqorsk, Belarus), "Flora" (Tallin, Estoniya).
D qrupu: Gənclərdən ibarət Rusiya milli komandası, "Dinamo" (Kiyev, Ukrayna), XİK (Helsinki, Finlandiya), "Ekranas" (Panevejis, Litva).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB