Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, “Neftçi” ilə yanaşı Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış etmiş, 1992-ci il Rusiya çempionatının bombardiri, hazırda 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 yaşı tamam olub. SİA-nın məlumatına görə, bu münasibətlə AFFA-nın prezidenti Rövnəq Abdullayev Vəli Qasımovla görüşərək əlamətdar yubileyi ilə əlaqədar ölkəmizin futbol ictimaiyyəti adından onu təbrik edib, yubilyara cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB