UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” klubu ilə qarşılaşan İngiltərənin “Arsenal” komandasının türk əsilli futbolçusu Məsud Özil ölkəmizdə mehriban qarşılanmasından məmnunluğunu bildirib. SİA-nın məlumatına görə, futbolçu “Twitter”dəki şəxsi səhifəsində ingilis dilində yazıb: “Bu axşam çox mehriban qarşılandıq. Bakı Olimpiya Stadionu, çox sağ ol!”
Xatırladaq ki, oktyabrın 4-də oynanılan görüşdə “Arsenal” klubu 3:0 hesabı ilə qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB