Azərbaycan qılıncoynadanlarının beynəlxlaq yarışda iştirakı sual altındadır - ÖZƏL
İranda qılıncoynatma üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan qılıncoynadanlarının yarışda iştirakı isə hələ sual altındadır. Bu barədə SİA-ya Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov bidlirib. Onun sözlərinə əsasən, yarış barədə federasiyaya gec xəbər verildiyinə görə, qurum beynəlxalq federasiyaya iştirakçı ərizəsini təqdim edə bilməyib: "Ən azı yarışdan 1 həftə öncə iştirakçı ərizəsi təqdim olunmalıdır. Həm də beynəlxalq federasiyadan lisenziya almaq lazımdır. Əgər qəbul olunsa, məsələni həll edəcəyik və yarışda iştirak edəcəyik".
Qeyd edək ki, əgər ərizə qəbul olunsa, yarışda sablya növü üzrə Azərbaycanı Fərid Məmmədov və Kənan Əliyev təmsil edəcək.
Nəzərinizə çatdıraq ki, Beynəlxalq Qılıncoynatma Federasiyasından 1 illik lisenziya almaq 25 avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB