Voleybolçularımızın DÇ-nin 2-ci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib

Voleybolçularımızın DÇ-nin 2-ci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada təşkil olunan XVIII dünya çempionatının 2-ci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. SİA-nın məlumatına görə, voleybolçularımız ikinci mərhələdə Çin, İtaliya, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaqlar.

Millimiz oktyabrın 7-də İtaliya, bir gün sonra Çin, ayın 10-da Türkiyə, ertəsi gün isə Bolqarıstan ilə qarşılaşacaq.

Yığmamız ilk mərhələdə Koreya Respublikasına (3:1) və Trinidad və Tobaqoya (3:0) qalib gəlsə də, ABŞ-a (0:3), Rusiyaya (0:3) və Tailanda (3:1) məğlub olub.

Qeyd edək ki, oktyabrın 20-də başa çatacaq dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə