“Qarabağ” “Arsenal”a məğlub oldu - YENİLƏNİB

“Qarabağ” “Arsenal”a məğlub oldu - YENİLƏNİB

Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Bakıda İngiltərə nəhəngi "Arsenal"ı qəbul edib. Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə Portuqaliya "Sportinq"i Ukraynada "Vorskla"nı məğlub edib - 2:1.

4 oktyabr
Avropa Liqası, E qrupu


"Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar:
Sokratis Papastatopulos, 4, Emil Smit-Rou, 53, Metteo Qenduzi, 80
Baş hakim: Davide Massa (Fransa)
Bakı Olimpiya Stadionu.

"Vorskla" (Ukrayna) - "Sportinq" (Portuqaliya) - 1:2
Qollar:
Kulaç, 10 (1:0), Montero, 90 (1:1), Çabral, 90+3 (1:2)

Bütün xəbərlər Facebook səhifəmizdə