İngiltərə Futbol Federasiyası Qaret Sautqeyt ilə müqaviləni uzadıb

İngiltərə Futbol Federasiyası Qaret Sautqeyt ilə müqaviləni uzadıb

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığma ilə müqaviləsini uzadıb. İngiltərə Futbol Federasiyasının rəsmi saytında yer alan xəbərə görə, əvvəlki müqaviləsi 2020-ci ilə qədər olan 48 yaşlı mütəxəssis 2022-ci ilədək komandaya rəhbərlik edəcək. Onun illik məvacibinin 3 milyon funt-sterlinq olacağı bildirilib. Qeyd edək ki, Sautqeyt 2016-cı ildən İngiltərə millisini çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə