“Araz” Malta komandası ilə bacarmadı

“Araz” Malta komandası ilə bacarmadı

Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” dünən əsas mərhələdə ikinci oyununu keçirilib.
Ölkə çempionu Maltanın “Valletta” komandası ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 17:30-da başlayan matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandamız ilk oyunda Litva “Vitis”inə 0:1 hesabı ilə uduzub. “Valletta” isə birinci görüşündə meydan sahibi “Luçenec”ə məğlub olub - 3:4.

Futzal üzrə Çempionlar Liqası

II tur

4 oktyabr

17:30. “Araz” (Azərbaycan) – “Valletta” (Malta) - 1:1
Qollar: Xətai Bağırov, 3 (1:0), D.Di Mayo, 29 (1:1)
Hakimlər: Sven Eiçler (Almaniya), Kamil Çetin (Türkiyə), İvan Şabanov (Rusiya)
Luçeneç. “Sportova Hala Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə