“Mançester Siti” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

“Mançester Siti” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

“Mançester Siti” PSJ-nin ulduz oyunçusu Mbappeni heyətinə qatmaq istəyir. Qış transfer pəncərəsinin açılmasını gözləyən İngiltərə klubu, oyunçu üçün Paris təmsilçisinə 225 milyon avro təklif edəcək. Bu keçid reallaşsa, Mbappe futbol tarixinin ən bahalı transferi olacaq. Hazırda ən bahalı transfer olan Neymarın keçidi PSJ-yə 222 milyon avroya başa gəlib.

Mbappe ötən mövsüm PSJ forması ilə çıxdığı 46 oyunda 21 qol, 15 assist edib. Bu il isə fransalı oyunçu 5 oyuna 5 qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə