Ronaldo ilin sonuna qədər millidə oynayamayaq

Ronaldo ilin sonuna qədər millidə oynayamayaq

"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo ilin sonuna qədər Portuqaliya millisinin oyunlarında iştirak etməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu yayda transfer olduğu "Yuventus" klubuna daha tez uyğunlaşmaq üçün bu cür qərarı qəbul edib.

Forvard Portuqaliya millisinin sentyabrdakı Millətlər Liqasının görüşləri üçün də heyətə daxil edilməmişdi.

Xatırladaq ki, Portuqaliya millisi ilin sonuna qədər Millətlər Liqasında Polşa, Şotlandiya və İtaliya yığmaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə