Azərbaycan yığması Qətər millisinə uduzub

Azərbaycan yığması Qətər millisinə uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qətərin U-23 komandası ilə yoldaşlıq oyunu keçirib. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız meydana aşağıdakı start heyətlə çıxıb:

12. Osman Umarov, 2. Qara Qarayev, 4. Rüstəm Abbasov, 5. Tərlan Quliyev, 7. Ruslan Qurbanov, 8. Emin Mustafayev (k), 9. Tural İsgəndərov, 10. Eşqin Quliyev , 17. Emin Cəfərquliyev, 19. Mirhüseyn Seyidov, 21. Murad Səttarlı.

Oyunda hesabı birinci hissədə komandamızdan Ruslan Qurbanov açsa da, fasilədən sonra meydan sahibləri iki dəfə fərqlənərək 2:1 hesabı ilə qələbə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə