“Qarabağ” azarkeşlərə müraciət edib

“Qarabağ” azarkeşlərə müraciət edib

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubuna qarşı keçirəcəyi ev oyunu öncəsi azarkeşlərə müraciət edib. SİA-nın məlumatına görə, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacağı qeyd edilib. Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlmələri xahiş olunub.

"Qarabağ" - "Arsenal" oyunu bu gün saat 20:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə