İngiltərə Premyer Liqasında mübarizə aparan, Avropa Liqasında “Qarabağ” klubunun rəqibi “Arsenal”da forma geyinən Dani Velbekin komandadakı taleyinə aydınlıq gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu ilə müqavilənin müddəti uzadılmayacaq.
“Qalatasaray”ın maraqlandığı futbolçunu “Arsenal”ın baş məşqçisi Unay Emeri heyətdə görmək istəmir. D.Velbek 2019-cu ilin yanvar ayından gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, bu mövsüm 8 oyunda 4 qol vurmasına baxmayaraq, baş məşqçi futbolçunu komandada saxlamaq niyyətində deyil.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB