Azərbaycan fiqurlu konkisürənləri Estoniya çempionatında iştirak edəcəklər

Azərbaycan fiqurlu konkisürənləri Estoniya çempionatında iştirak edəcəklər

Estoniya KİV-lərinin yaydıqları məlumata görə, dekabrın 18-19-da Narvada ilk dəfə açıq Estoniya çempionatı keçiriləcəkdir. SİA-nın xəbərinə görə, çempionatda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya, Latviya və başqa ölkələrin fiqurlu konkisürənləri də güclərini sınayacaqlar.

Fiqurlu konkisürənlər tək konkisürmə və buz üzərində rəqs növlərində mübarizə aparacaqlar. Estoniyada qoşa konkisürənlər olmadığı üçün konkisürmə idmanının bu növü proqrama daxil edilməyib.

İdmançıların əksəriyyəti (14 konkisürən) qadınlar arasında yarışlara qatılacaq, o cümlədən altı konkisürən Estoniyanı təmsil edəcəkdir. Rəqs növündə isə cəmi dörd cütlük, o cümlədən Azərbaycan təmsilçiləri iştirak edəcəklər. Estoniya Fiqurlu Konkisürmə İttifaqının nümayəndəsi Qunnar Kuura bildirmişdir ki, konkisürənlərin sayının az olmasını iştirakçıların yüksək peşəkarlığı kompensasiya edəcəkdir.

Xarici konkisürənlər Estoniya çempionatına yerli konkisürənlərə layiqli rəqiblər təmin etmək, onların səviyyəsini artırmaq məqsədi ilə dəvət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə