Mahir Məmmədov FİDE-nin vitse-prezidenti təyin olunub

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti təyin olunub

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub. SİA-nın məluamtına görə, bu barədə FIDE-nin yeni seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.

Bundan əvvəl A.Dvorkoviç seçkilərdə qalib gələcəyi təqdirdə FIDE rəhbərliyinə daxil olunacaq komandasını təqdim edərək bildirmişdi ki, fransız Başar Kuatli birinci vitse-prezident, azərbaycanlı Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqa vitse-prezident vəzifələrində çalışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə