19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. Komanda Antalyada, Arslan Zeki Demirçi Spor Kompleksində Türkiyə yığması ilə üz-üzə gəlib. Qarşılaşma millinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan (U-19) – Türkiyə (U-19) - 0:2
Baş hakim: Frida Nielsen (Danimarka)
Baş hakimin köməkçiləri: Line-Maria Rasmussen (Danimarka), Ella De Vries (Belçika)
Dördüncü hakim: Lois Otte (Belçika)
Qeyd edək ki, milli komanda Avropa çempionatının ilkin seçmə mərhələsindəki ikinci oyununu Kipr-ə qarşı keçirəcək. Oktyabrın 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB