Bolqarıstan millisinin UEFA Millətlər Liqasında Kipr və Norveçlə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Federasiyanın rəsmi saytında yer alan xəbərə görə, yığmanın baş məşqçisi Petar Xubçev düşərgəyə 24 futbolçu dəvət edib. Onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev də var.
Qeyd edək ki, Bolqarıstan seçməsi oktyabrın 13-də Sofiyada Kiprlə, 3 gün sonra isə səfərdə Osloda Norveçlə qarşılaşacaq. Xatırladaq ki, Millətlər Liqasının Norveçlə oyunu öncəsi isinmə hərəkətləri edən zamanı zədələnən Slavçev bu səbəbdən bir müddətdi “Qarabağ”ın heyətində meydana çıxa bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB