“Barselona”dan dünya rekordu: 1 milyard 500 min avro!

“Barselona”dan dünya rekordu: 1 milyard 500 min avro!

“Barselona” 2017/2018 mövsümündə əldə etdiyi illik gəliri açıqlayıb. Klubun saytında yer alan xəbərə görə, Kataloniya təmsilçisinin illik gəliri 1 milyard 500 min avro olub. Bu göstərici dünya rekordu sayılır. Klubun xalis gəliri 12,67 milyon avro təşkil edib. Qeyd edək ki, "Barsa" 2017/2018 mövsümündə İspaniya çempionu olub, İspaniya kubokunu qazanıb və Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə