İbrahimoviç yenidən "Milan"da oynaya bilər

İbrahimoviç yenidən "Milan"da oynaya bilər

Bir vaxtlar "Milan" və "İnter"də çıxış etmiş Zlatan İbrahimoviç İtaliyaya qayıda bilər. SİA-nın məlumatına görə, 37 yaşlı hücumçunu "Milan" heyətinə cəlb etmək istəyir.

"Rossonyerlər"in baş məşqçi Cennaro Qattuzonun isveçli forvardı komandasında görmək istədiyi bildirilir. O, hücum xəttini "Los-Anceles Qalaksi”də qollarını sıralayan futbolçu ilə gücləndirmək fikrindədir.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə “Milan”da oynayıb. O, bu müddətdə 61 oyuna 42 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə