"Arsenal" Bakıya gəlir - FOTOLAR

İngiltərənin "Arsenal" klubu Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la keçirəcəyi oyun üçün Bakıya yola düşüb. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər yayımlanıb. London təmsilçisi 5 saatlıq uçuşdan sonra Bakıya çatacaq. Komandanın baş məşqçisi Unay Emeri 18:00-da Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirəcək. Saat 18:30-da isə komandanın mətbuat üçün açıq məşqi təşkil olunacaq.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə