U-19 (qızlar) bu gün mübarizəyə başlayır

U-19 (qızlar) bu gün mübarizəyə başlayır

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız Antalyada, Arslan Zeki Demirçi Spor Kompleksində Türkiyə yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Azərbaycan (U-19) – Türkiyə (U-19)

Baş hakim: Frida Nielsen (Danimarka)

Baş hakimin köməkçiləri: Line-Maria Rasmussen (Danimarka), Ella De Vries (Belçika)

Dördüncü hakim: Lois Otte (Belçika)

Bütün xəbərlər Facebook səhifəmizdə