İngilis klubu "Barselona" ilə qarşılaşmaya ciddi itkilərlə çıxacaq

İngilis klubu "Barselona" ilə qarşılaşmaya ciddi itkilərlə çıxacaq

İngiltərənin "Tottenhem" futbol klubu, UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya "Barselona"sı ilə keçirəcəyi oyundan öncə ciddi itkilərlə üzləşib. İngilis klubun rəsmi "Twitter" səhəfisində yer alan məlumatda deyilir ki, London təmsilçisi bu qarşılaşmada 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Müdafiəçilər Yan Vertongen və Serj Orye, yarımmüdafiəçilərdən isə Dele Alli, Kristian Eriksen və Mussa Dembele Kataloniya klubu ilə matçda iştirak etməyəcək.

Bu oyunçuların hamısının milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra sıraya dönəcəyi gözlənilir. Bu isə o deməkdir ki, onlar İngiltərə Premyer Liqasının VIII turunda oktyabrın 6-da evdə "Kardiff Siti" ilə matçda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək "Tottenhem" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə