İsveçin “Hammarbü” futbol klubunun futbolçusu Kennedi Bakirçioğlu vurduğu qolu pivə içərək qeyd edib. “Report” xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi İsveç çempionatının XXIV turunda “Göteborq”u 3:0 hesabı ilə məğlub etdikləri görüşün 79-cu dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirdikdən sonra qeyri-adi davranışı ilə diqqət mərkəzinə düşüb.
Oyunda yekun hesabı müəyyənləşdirən Bakirçioğlu qola sevinən zaman azarkeşin tulladığı pivə stəkanını göydə tutaraq bir qurtum içib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB