Pep Qvardiola: "Mbappeni transfer etməyəcəyik"

Pep Qvardiola: "Mbappeni transfer etməyəcəyik"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola PSJ-nin futbolçusu Kilian Mbappeni transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib. O, bu xəbərləri təkzib edib: "Mbappeni transfer etməyəcəyik. Bu şayiələrin necə yayıldığını bilmirəm. Rahim Sterlinqi hansısa oyunçu ilə dəyişməyə hazırlaşmırıq".

"Mançester Siti"nin Mbappe üçün PSJ-yə 200 milyon funt-sterlinq (224 milyon avro) ödəməyə hazır olduğu iddia olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə