“Qarabağ” - "Arsenal" matçında ictimai dayanacaq fəaliyyət göstərəcək

“Qarabağ” - "Arsenal" matçında ictimai dayanacaq fəaliyyət göstərəcək

UEFA Avropa Liqasının qrup oyunlarının 2-ci mərhələsində “Qarabağ” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda "Arsenal"ı qəbul edəcək. SİA-nın məlumatına görə, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.

Hazırda “Qarabağ” - "Arsenal" matçına bilet satışı da davam edir. Son məlumata görə, 50 minə yaxın bilet satılıb.

"Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də keçiriləcək və saat 20:55-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə