“Arsenal” sabah Bakıya gələcək

“Arsenal” sabah Bakıya gələcək

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Arsenal”ın Bakı planı bəlli olub. SİA-nın məlumatına görə, londonlular oktyabrın 3-ü, saat 17:20-də Bakıya gələcək. "Topçular" həmin gün Bakı Olimpiya Stadionunda son məşqə çıxacaqlar. Qarşılaşmadan dərhal sonra İngiltərə klubu Londona uçacaq.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü, saat 20-55-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə