Kevin de Bröyne zədəsini sağaldıb

Kevin de Bröyne zədəsini sağaldıb

"Mançester Siti" futbol klubunun yarımmüdafiəçisi Kevin de Bröyne zədəsini sağaldıb. Britaniya mətbuatı yazır ki, belçikalı futbolçu artıq komanda ilə məşqlərə qoşulub. Ancaq o, meydana çıxmaq üçün hələ bir müddət də gözləməli olacaq. Avqust ayında diz bağlarından zədə alan de Bröynenin gələn ay “Mançester Yunayted”lə keçiriləcək oyuna kimi tam hazır olacağı bildirilir. Qeyd edək ki, Mançester derbisi noyabrın 11-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə