İtaliyanın “Yuventus” futbol klubunun baş direktoru Cuzeppe Marotta komandanı tərk edir. “Football İtalia” nəşrinin yazdığına görə, bu barədə baş direktorun özü məlumat verib. C.Moratta deyib: “Bu çox gözəl səkkiz il oldu və “Yuventus” həmişə qəlbimdə olacaq. Mən öz gedişimi elan etmək istəyirəm, çünki klubun direktorlar siyahısı dərc olunacaq və orada mənim adım olmayacaq”.
C.Marotta qeyd edib ki, mənim klubla razılaşmam oktyabrın 25-də başa çatır və biz onu uzatmayacağıq: “Dəqiq deyə bilərəm ki, mən İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olmayacağam, bu, hazırda məni maraqlandırmır. Daha sonra biz mövcud vəziyyəti daha ətraflı izah edəcəyik”.
Qeyd edək ki, C.Marotta 2010-cu ilin mayında "Yuventus"a baş direktoru təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB