"Barselona" ŞOKDA: Bu futbolçu "El Klassiko"nu buraxacaq!

"Barselona" ŞOKDA: Bu futbolçu "El Klassiko"nu buraxacaq!

"Barselona" futbol klubunun zədəli futbolçusu Samuel Umtitinin durumuna aydınlıq gəlib. "Mundo Deportivo" nəşrinin yazdığına görə, diz bağları qırılan fransalı müdafiəçi ən azı 3 həftə meydana çıxa bilməyəcək. Onun La Liqada "Sevilya" və "Real", Çempionlar Liqasında isə "İnter"lə oyunu buraxacağı məlum olub.

Bu müddət ərzində zədəsi sağalmasa, Umtiti əməliyyat olunacaq. Bu halda isə futbolçu bir neçə ay meydana çıxa bilməyəcək. Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm La Liqada geridə qalan 6 oyunun hər birində 90 dəqiqə meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə