Türkiyənin “Kasımpaşa” futbol klubunun baş məşqçisi Kemal Özdeş istefa verib. Bu barədə Superliqa təmsilçisinin rəsmi saytı xəbər yayıb. Baş məşqçinin klub rəhbərliyi ilə aralarında fikir ayrılığı olduğu üçün bu qərarı verdiyi bildirilib. 48 yaşlı mütəxəssis 2016-cı ildən "Kasımpaşa"nı çalışdırırdı.
Əlavə edək ki, Superliqada bu mövsüm “Ərzurumspor”da Mehmet Altıparmak, “Rizəspor”da İbrahim Üzülməz, “Akhisarspor”da isə Saffet Suşic baş məşqçi vəzifəsindən ayrılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB