Ekstremal hava şəraiti “Heydər zirvəsi”nə gedən yola sədd çəkə bilmədi
Məlum olduğu kimi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar 11 dekabr 2010-cu il tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə yürüşə yollanmışdı. SİA-nın məlumatına görə, idmaçılarımız zirvəyə gedən yolda ekstremal hava şəraiti ilə qarşılaşıblar. Bu səbəbdən dekabrın 12-də başa çatmalı olan yürüş bu gün - dekabrın 13-də başa çatıb. Belə ki, ekspedisiya üzvləri kəskin hava şəraitində gecələməli olublar. Onlar havanın gözlənilmədən kəskinləşməsinə baxmayaraq "Heydər zirvəsi"nə çatıb və Ulu Öndərin barelyefi önünə gül dəstələri qoyublar.
Artıq idmançılar yürüşü başa vurublar. Onlar bu gün paytaxta qayıdacaqlar.
Qeyd edək ki, yürüşdə Bakı, Daşkəsən, Qusar şəhərlərindən olan 20-yə yaxın idmançı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB