“Bakı” “İqtisadçı”ya tab gətirə bilmədi

“Bakı” “İqtisadçı”ya tab gətirə bilmədi

Voleybol üzrə Azərbaycan Super Liqasının 3-cü turunun oyunları keçirlib. SİA-nın məlumatına görə, Sərhədçi Olimpiya Mərkəzində baş tutmuş qarşılaşmalarda ilk oyunda "İqtisadçı" və "Bakı" münasibətlərə aydılıq gətirib. İlk dəfə Super Liqada iştirak edən "Bakı" məğlub olub. Belə ki, "İqtisadçı" rəqibindən 3:1 hesabı ilə üstün olub.
İkinci matçda isə "Azərreyl" "Şirvanla" qarşılaşıb. Oyunda "Azərreyl" 3:0 hesabı ilə qalib gəlib. "Rabitə" - "Lokomativ" matçı isə təxirə salınıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində ilk yerləri 5 xalla "Azərreyl" və "İqtisadçı" bölüşdürürlər. "Rabitə", "Bakı" və "Şirvan"ın 4, "Lokomativ"in aktivində isə 2 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə